Azərbaycan Kubokunun püşkü atıldı
Xəbərlər / 8 Oktyabr 2013 | 12:27207
Azərbaycan Kubokunun püşkü atıldı

2013/2014 mövsümü üçün futbol üzrə Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Püşkatmaya görə "Qəbələ" Azərbaycan Kubokunda ilk oyununu dekabrın 4-ü "Mil-Muğan"-"Lokomotiv" cütünün qalibinə qarşı keçirəcək. 
 
Yeni mövsümdə 20 klub sözügedən turnirdə qüvvəsini sınayacaq. Bunlar  “Qəbələ”, “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ”, “İnter”, “Simurq”, “Bakı”, AZAL, “Rəvan”, “Sumqayıt”, “Qaradağ-Lökbatan”, “Araz Naxçıvan”, “Neftçala”, “Ağsu”, MOİK, “Şuşa”, “Lokomotiv”, “Kəpəz”, “Şahdağ” və “Mil-Muğan”dı.
 
Birinci Divizionda mübarizə aparan klublardan “Turan-T”, “Bakılı”, “Göyəzən”, “Energetik”, həmçinin “Şəmkir”lə “Karvan” kubokda iştirakdan imtina ediblər.

Sizləri püşkatmanın nəticələri ilə tanış edirik:
 
Azərbaycan Kuboku

1/16 final (bir oyundan ibarət olacaq)
22-24 oktyabr
 
1: Şuşa – Şahdağ
2: MOİK – Qaradağ-Lökbatan
3: Mil-Muğan – Lokomotiv
4: Araz Naxçıvan - Ağsu
 
1/8 final (bir oyundan ibarət olacaq)
4 dekabr
 
5: İnter – 1-ci cütün qalibi
6: Neftçi – Kəpəz
7: 2-ci cütün qalibi – Rəvan
8: Bakı - Sumqayıt
9: 3-cü cütün qalibi – Qəbələ
10: Qarabağ – AZAL
11: 4-cü cütün qalibi - Simurq
12: Xəzər Lənkəran – Neftçala
 
1/4 final
12-13 və 19 mart, 2014-cü il

1-ci cütlük: 5 və 6-cı oyunların qalibləri
2-ci cütlük: 7 və 8-ci oyunların qalibləri
3-cü cütlük: 9 və 10-cu oyunların qalibləri
4-cü cütlük: 11 və 12-ci oyunların qalibləri

Yarımfinal
16 və 24 aprel
 
1 və 2-ci cütün qalibləri
3 və 4-cü cütün qalibləri
 
Final
28 may