Azərbaycan Premyer Liqası aprelin 14-dək bərpa olunmayacaq
Xəbərlər / 18 Mart 2020 | 14:08248
Azərbaycan Premyer Liqası aprelin 14-dək bərpa olunmayacaq

Azərbaycan Premyer Liqası və I Divizionu aprelin 14-nə qədər bərpa olunmayacaq. Bu barədə qərarı Peşəkar Futbol Liqası qəbul edib.

Dünyada geniş yayılmış Koronavirus pandemiyasına görə demək olar ki, bütün turnirlər ya təxirə salınıb, ya da ləğv olunub. Bu  pandemiyanın  Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən geniştərkibli addımlar atılır. Bu qəbildən olan addımlardan biri 14 mart – 14 aprel   tarixlərində ölkə ərazisində tətbiq olunan xüsusi rejimdir. Bununla əlaqədar olaraq,  Azərbaycanda  kütləvi idman tədbirlərinin keçirilməsinə də qadağa qoyulub. Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın  göstərişini rəhbər tutan PFL Azərbaycan I Divizionu və Azərbaycan Premyer Liqasının aprelin 14-nə qədər bərpa olunmayacağını açıqlayıb. Əgər həmin tarixdə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, Peşəkar Futbol Liqası olaraq  klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcək və daha sonra yarışların  bərpa tarixini ictimaiyyətə açıqlayacaq.

Xatırladaq ki, UEFA dünən keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların iyunun 30-na qədər yekunlaşdırılmasını bildirib. Hesab edirik ki, bu tarix Azərbaycan Premyer Liqası və I Divizionunun bərpası və başa çatdırılması üçün uyğundur.