Azərbaycan Premyer Liqasının 2020-2021-ci illər mövsümünün start vaxtı müəyyənləşib. Çempionat avqustun 21-də başlayacaq.
Bu barədə qərarı AFFA İcraiyyə Komitəsi tərəfindən yaradılmış İşçi Qrupunun təklifini, AFFA ilə aparılan müzakirələri, eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın 10.08.2020-ci il tarixdən açıq havada idman yarışlarına icazəsini nəzərə alan Peşəkar Futbol Liqası verib. PFL yekun müzakirələrdən sonra yeni mövsümün start tarixi kimi 21 avqustu müəyyənləşdirib.
Azərbaycan Premyer Liqasında 2020/2021-ci illər mövsümünün püşkatma mərasiminin də vaxtı müəyyənləşib. Mərasim 12 avqust tarixdə AFFA-nın inzibati binasında keçiriləcək. Klub və KİV nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlanacaq. Püşkatma mərasimi “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.