Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə nitq söyləyib. Ölkə prezidenti cənab İlham Əliyev “Qəbələ” Futbol Akademiyasının seleksiya qrupunun rəhbəri Böyükağa Ağayevi əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adı ilə təltif edib.
“Qəbələ” İdman Klubu çoxsaylı istedadların üzə çıxarılmasında əvəzsiz xidmətləri olan mütəxəssisi təbrik edir, ona gələcək fəaliyyətində də uğurlar arzulayır!