Azərbaycan Prezidenti İlham Əliyev Cavad Ağayevə mənzil verdi
Xəbərlər / 9 Yanvar 2023 | 18:111712
Azərbaycan Prezidenti İlham Əliyev Cavad Ağayevə mənzil verdi

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib. “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayevə də yeni mənzilin orderi təqdim edilib.

Ağayev Meksikanın Qvadalaxara şəhərində fərqlənib. 68 kq çəki dərəcəsində çıxış edən taekvondoçumuz dünya çempionatında bürünc medal qazanıb.