Azərbaycan Xalq Cümhuriyyəti – 100! 
Xəbərlər / 27 May 2018 | 23:281454
Azərbaycan Xalq Cümhuriyyəti – 100! 

28 may Azərbaycanın milli bayramı - Respublika Günüdür. Şərqdə ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.

 

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsi açıqlanıb, Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibi təsdiqlənib. 

 

“Qəbələ” İdman Klubunun kollektivi Azərbaycan xalqını 28 May – Respublika Günü münasibəti ilə təbrik edir, ölkəmizə tərəqqi, sülh və əmin-amanlıq, xalqımıza xoşbəxt və firavan həyat arzulayır. Bayramınız mübarək olsun!