Azərbaycan yığması qalib gəldi, Təmkin Xəlilzadə 90 dəqiqə oynadı
Xəbərlər / 18 Noyabr 2018 | 01:02604
Azərbaycan yığması qalib gəldi, Təmkin Xəlilzadə 90 dəqiqə oynadı

 “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə Azərbaycan milli komandasında növbəti oyununu keçirib. O, UEFA Millətlər Liqasının V turunun Farer adaları ilə Bakı Olimpiya Stadionundakı matçında meydana çıxıb. Start heyətində yer alan müdafiəçi qarşılaşmanı əvəzolunmadan keçirib.

D liqasının III qrupunda mübarizə aparan yığmamız görüşdə 2:0 hesabı ilə qalib gəlib. Xal hesabını 9-a çatdıran komandamız 2-ci pillədə qərarlaşıb. Millimiz noyabrın 20-də səfərdə Kosovo ilə görüşəcək.

Xatırladaq ki, bu matç Xəlilzadənin yığmada 9-cu oyunu olub.