Misli Premyer Liqasının XIII turunun “Şamaxı” – “Qəbələ” oyunundan (2:0) sonra komandamızın baş məşqçisi Yeton Bekirinin mətbuat konfransı keçirilib. Mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Şamaxı” komandasını qələbə münasibəti ilə təbrik edirəm. Bu gün bir neçə kobud səhvə yol verdik. İlk qolda rəqibə “hədiyyə” etdik. Birinci hissədə bir neçə qol imkanlarımız oldu. İkinci hissə başlayanda qapıçımız qırmızı vərəqə aldı. Belə bir ciddi liqada 45 dəqiqə bir nəfər azlıqda oynamaq çətindir və bunun nəticəsində daha bir qol buraxdıq. Düzdür, oyunun sonlarında da epizodlarımız oldu, lakin istifadə edə bilmədik”.