Bakı birinciliyindən 5 medalla
Xəbərlər / 4 Fevral 2014 | 10:44208
"Qəbələ" cüdoçuları gənclərin Bakı birinciliyində uğurlu çıxışla yadda qalıblar. Şağan Olimpiya Kompleksində baş tutan turnirdə idmançılarımız 3 qızıl və 2 bürünc medal qazanıblar. Vasif Şərbətli (90 kq), Cəlil Şükürov (100 kq) və Lalə Gülbalayeva (63 kq) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 57 kq çəki dərəcəsində mübarizə aparan Nərgiz Hacıyeva və Təhminə Paşazadə turnirin bürünc medalına sahib olub. Yarışın ardından cüdoçularımız gənclərin respublika birinciliyinə hazırlıq məqsədilə baş məşqçi Ramil İsmayılovun rəhbərliyi altında Qəbələyə təlim-məşq prosesinə yollanıblar. Respublika birinciliyi fevralın 18-də start götürəcək. "Qəbələ" cüdoçuları fevralın 17-də Bakıya dönəcəklər.