«Bakı»-«Qəbələ» duelində 9 qol
Xəbərlər / 23 Mart 2013 | 15:37237
«Bakı»-«Qəbələ» duelində 9 qol

Bu gün U-19 Liqasında 2-ci turun oyunları baş tutub. "Qəbələ" səfərdə "Bakı" ilə üz-üzə gəlib. Gərgin və maraqlı keçən matçın ilk hissəsi 0:0 hesabilə yekunlaşıb. İkinci hissədə isə "qol yagışı" müşahidə olunub. "Qəbələ" rəqibini 4 dəfə meydançanın mərkəzinə dəvət etsə də, "Bakı" qələbə qazanmağa müəssər olub - 4:5. "Qırmızı -qaralar"ın heyətində Tellur Mütəllimov, Fərid Hacıyev, Əsgər Nəbiyev və Ehtiram Şahverdiyev  fərqlənib.