Paytaxtımızda keçirilən karate üzrə IV Beynəlxalq "Baku Open-2013" turnirində Azərbaycanı və "Qəbələ"ni təmsil edən idmançılarımız uğurlu çıxışla yadda qalıblar. 67 kq çəki dərəcəsində mübarizə aparan Rafiz Həsənov və 75 kq-da döyüşən Rafael Ağayev bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xatırladaq ki, turnirdə 10 ölkənin təmsilçiləri qüvvələrini sınayıblar. Kişilər 60 кq, 67 кq, 75 кq, 84 кq və +84 кq, qadınlar isə 50 кq, 55 кq, 61 кq, 68 кq və +68 кq çəki dərəcələrində mübarizə aparıblar.