«Baku open»də qızıl medal
Xəbərlər / 12 Aprel 2015 | 13:31150
«Baku open»də qızıl medal

“Sərhədçi” Olimpiya Mərkəzində karate üzrə “Baku Open” 6-cı beynəlxalq turnirinə start verilib. 7 ölkə idmançılarının mübarizə apardığı yarışın ilk günündə müxtəlif çəki dərəcələrində kişilər və qadınlar qüvvələrini sınayıblar. Azərbaycan milli komandasının heyətində “Qəbələ” İdman Klubu da təmsil olunub. Karateçimiz Rafiz Həsənov 67 kq çəki dərəcəsində mübarizə aparıb. Bütün rəqiblərini məğlub edən təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə də tatamidən qalib ayrılan Həsənov qızıl medalları qazanıb, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, turnirin ikinci günündə gənclər, yeniyetmələr və veteranlar arasında yarışlar keçiriləcək.