«Baku Open»də qızıl medal
Karate / 24 Aprel 2016 | 16:541150
«Baku Open»də qızıl medal

“Sərhədçi” Olimpiya Mərkəzində karate üzrə “Baku Open” 7-ci beynəlxalq turniri keçirilib. 10 ölkənin - Azərbaycanla yanaşı, Türkiyə, Bolqarıstan, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan və Ukraynadan 200-dən artıq idmançının qatıldığı yarışda “Qəbələ” İdman Klubu da təmsil olunub. Turnirin ilk günündə müxtəlif çəki dərəcələrində kişilər və qadınlar qüvvələrini sınayıblar. Azərbaycan milli komandasının heyətinin və “Qəbələ”nin karateçisi Rafiz Həsənov 67 kq çəki dərəcəsində mübarizə aparıb. Bütün rəqiblərini məğlub edən təmsilçimiz finala yüksələ bilib. Həlledici görüşdə də tatamidən qalib ayrılan Həsənov “Baku Open”in qızıl medalını qazanıb.