“Baku Sportinq” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 1 Oktyabr 2024 | 14:052922
“Baku Sportinq” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

I Liqada IV turun təyinatları açıqlanıb. Oktyabrın 2-4-də baş tutacaq görüşlərin hakimləri bəlli olub.

 

“Qəbələ”nin “Baku Sportinq”lə  matçının təyinatları da müəyyənləşib. Turun son günündə keçiriləcək qarşılaşmanın baş hakimi Kamran Əliyev olacaq. Ona Qəzənfər Məmmədov və Taleh Məmmədov  kömək edəcəklər. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək.

 

Qeyd edək ki, oktyabrın 4-də keçiriləcək “Baku Sportinq” – “Qəbələ” matçı saat 15:00-da başlayacaq.

 

I Liqa

IV tur

4 oktyabr (cümə)
15:00. “Baku Sportinq” – “Qəbələ”
Hakimlər: Kamran Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Baku Sporting Arena”