“Baku Sportinq” – “Qəbələ” oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 25 Sentyabr 2024 | 20:15390
“Baku Sportinq” – “Qəbələ” oyununun vaxtı müəyyənləşdi

I Liqada IV turun “Baku Sportinq” – “Qəbələ” oyununun vaxtı dəqiqləşib. Görüş oktyabrın 4-də baş tutacaq.

 

Matç “Baku Sportinq Arena”da keçiriləcək. Qarşılaşma saat 15:00-da start götürəcək. Oyun Peşəkar Futbol Liqasının rəsmi saytında canlı yayımlanacaq.

 

Qeyd edək ki, komandamız III turun sabah keçiriləcək matçında “Mingəçevir”i qəbul edəcək. Qəbələ şəhər mərkəzi stadionunda baş tutacaq matç saat 17:00-da start götürəcək.

 

I Liqa

IV tur

4 oktyabr (cümə)

15:00. “Baku Sportinq” – “Qəbələ”

“Baku Sportinq Arena”