Başın sağ olsun, VƏTƏN!
Xəbərlər / 1 Avqust 2014 | 14:561524
Başın sağ olsun, VƏTƏN!

Son günlər Ermənistan Silahlı Qüvvələri fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın ediblər. Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin bütün həmlələrini dəf edib. Şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
 
Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu şəhid olub.

"Qəbələ" İdman Klubunun kollektivi şəhid olmuş hərbi qulluqçuların ailələrinə, valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir. Allah rəhmət eləsin.

BAŞIN SAĞ OLSUN, VƏTƏN!!!