Başsağlığı
Xəbərlər / 27 Noyabr 2016 | 14:25469
Başsağlığı

Azərbaycan futboluna itki üz verib. “Qəbələ”nin sabiq futbolçusu Şəhriyar Xəlilov dünyasını dəyişib. 2012/13 mövsümündə “qırmızı-qaralar”ın heyətində 18 oyun keçirən yarımmüdafəçi 25 yaşında vəfat edib. O, karyerası ərzində “Qəbələ” ilə yanaşı, “Gəncə”, “İnter”, “Qarabağ”, “Turan”,  “Xəzər Lənkəran”, “Sumqayıt” və “Bakı”da çıxış edib. 
“Qəbələ” İdman Klubunun kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. 

ALLAH RƏHMƏT ELƏSİN