«Belə şəraitlə qarşılaşacağımızı gözləmirdim»
Xəbərlər / 1 İyun 2012 | 22:00321
«Belə şəraitlə qarşılaşacağımızı gözləmirdim»

“İlk dəfədir Azərbaycandayam. Lakin ölkəniz haqda məlumatım var”. Bu sözləri İspaniyanın “Vilyarreal” klubunun məşqçisi Eder Sarabia kütləvi informasiya vasitələri üçün təşkil olunmuş brifinqdə deyib.

Əvvəllər Bilbao “Atletik” klubunda çalışan, son bir ili indiki komanadsında fəaliyyət göstərən mütəxəssis I Qəbələ Kuboku haqda fikirlərini açıqlayıb. O, azərbaycanlı jurnalistlərə müsahibəsində turnir haqda yüksək fikirdə olduğunu bildirib: “Azərbaycanı Avroviziya musiqi yarışmasına görə tanımışam. Üstəlik internetdən də Azərbaycan haqda məlumat yığmışam. İspaniyanın millinizlə oyunu da müəyyən təsəvvür formalaşdırıb. Açığı belə şəraitlə qarşılaşacağımızı gözləmirdim. Qəbələdə futbol üçün hər cür şərait yaradılıb."
Sarabia "Qəbələ" və "Vilyarreal" turnirdəki çıxışını da dəyərləndirib: "Qəbələ"nin heyətində hansısa oyunçunu fərqləndirə bilmərəm. Amma müdafiə xəttində bir neçə futbolçunu çox bəyəndim.  Bu cür şəraitdə yaxşı futbolçular yetişdirmək olar. Məşq prosesləri düzgün getsə nəticə də olacaq. “Brondbü’ ilə oyunda səhvlərimiz oldu. Bu da sonda həlledici mərhələyə çıxmaq şanslarımızı əngəllədi. Lakin gərgin qrafiklə oynayan komandalarda bu normal haldır”.