Topaz Premyer Liqasının XXVIII turunun “Qəbələ” – “İnter” matçının (0:0) ardından “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik: “Cəbhədə baş verən hadisələrdən xəbərdaram. Belə vəziyyətdə futboldan danışmaq çox çətindir. Çünki futboldan daha vacib məsələlər var. Şəhid olmuş bütün övladların ailəsinə və Azərbaycan xalqına başsağlığı verirəm. Azərbaycanın şəhid verdiyi belə bir gündə hər nə haqda danışsaq, ağırdır."