Beş futbolçumuz Azərbaycan yığmasında
Xəbərlər / 31 Yanvar 2022 | 12:50179
Beş futbolçumuz Azərbaycan yığmasında

“Qəbələ”nin 5 futbolçusu Azərbaycanın U-18 yığmasına çağırılıb. Murad Musayev, Allahverdi Rəhimov, Şahin Şahniyarov, Eşqin Əhmədov və Sənan Ağalarov 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə dəvət olunub. Fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək. Bu məqsədlə fevralın 1-dən 3-dək Bakıda hazırlıq keçəcək millimiz “Neftçi”nin əvəzedici heyəti ilə yoxlama oyununda üz-üzə gələcək.