“Qəbələ”nin 5 futbolçusu Azərbaycan milli komandalarına çağırılıb. İbrahim Ramazanov, Şahin Şahniyarov və Emil Süleymanov U-19-a dəvət alıb. Onlar martın 17-dən 20-dək Bakıda təşkil olunacaq toplanışa qatılacaq. Yekun heyətə düşən futbolçular ayın 21-dən 24-dək Sloveniyada hazırlıq keçəcək. Millimiz martın 22-də və 24-də Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.
Həbib Hüşənov və Allahverdi Rəhimov martın 21-dən 23-dək Bakıda, 23-dən 29-dək isə Maltada toplanışda olacaq U-17-yə çağırılıb. Yığmamız martın 23-də və 28-də Maltadan olan yaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək.