15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesində “Qəbələ”nin 5 oyunçusu da iştirak edəcək.
Bunlar Rəsul Mirzəyev, Ariz Kərimov, Ramin Qaçabəyov, Hüseyn Xasməmmədli və Ayxan Əmiraslanlıdır. Oktyabrın 10-dan 17-dək keçiriləcək toplanış Qəbələdə baş tutacaq.