16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Millimizin hazırlıq prosesində “Qəbələ”nin 5 futbolçusu da iştirak edəcək. Həbib Hüşənov, Raul Babayev, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov sentyabrın 21-dən 25-dək Bakıda keçiriləcək toplanışa qatılacaq.
Paytaxt toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək. Komandamız ayın 26-dan 30-dək isə Türkiyənin Ərzurum şəhərində toplanış keçirəcək. Yığmamız hazırlıq çərçivəsində sentyabrın 27-də və 29-da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq.