Beş futbolçumuz U-18-də
Xəbərlər / 14 Aprel 2021 | 12:32162
Beş futbolçumuz U-18-də

“Qəbələ”nin 5 oyunçusu 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb. Bunlar İbrahim Ramazanov, Samir Ağayev, İxtiyar Məmiyev, Nuğay Rəşidov və Emil Süleymanovdur. U-18 aprelin 15-dən 22-dək təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesi Bakıda təşkil olunacaq. Millimiz hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək.