18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iki yoldaşlıq görüşü keçirəcək. “Qəbələ”nin 5 oyunçusu da U-18-ə çağırılıb. Bunlar İbrahim Ramazanov, Nuğay Rəşidov, İxtiyar Məmiyev, Şahin Şahniyarov və Fərid Kələntərovdur. Onlar yoldaşlıq oyunları çərçivəsində Dubayda keçiriləcək oyunlar üçün yekun heyətdə yer alıblar. Millimiz əvvəldən nəzərdə tutulduğu kimi, BƏƏ-nin U-18 yox, U-20 komandası ilə qarşılaşacaq. Matçlar dekabrın 7-də və 9-da keçiriləcək.