Beş futbolçumuz U-18-də
Xəbərlər / 22 Mart 2022 | 13:44189
Beş futbolçumuz U-18-də

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesi Qəbələdə baş tutacaq. Toplanış martın 23-dən 29-dək keçiriləcək. “Qəbələ”nin beş futbolçusu U-18-ə çağırılıb. Murad Musayev, Samir Ağayev, Okan Təhməzli, Eşqin Əhmədov və Sənan Ağalarov hazırlıqda iştirak edəcək.