19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı başlayıb. Hazırlıq prosesinə “Qəbələ”nin 5 üzvü də qatılıb. Bunlar Mehrac Baxşalı, Gülağa Əsədov, Taleh Qarayev, Rauf Rüstəmli və Ülvü Mədətovdur.
Millimiz mayın 31-dək Bakıda, iyunun 1-dən 3-dək Belarusun Minsk, 3-dən 6-dək isə Moldovanın Kişinyov şəhərində hazırlıq keçəcək. U-19 hazırlıq çərçivəsində üç yoldaşlıq oyunu keçirəcək. Millimiz iyunun 2-də Belarusun U-19, 4-də və 6-da isə Moldovanın U-19 komandası ilə qarşılaşacaq.