Beş futbolçumuz U-19-da
Xəbərlər / 29 Avqust 2021 | 13:47220
Beş futbolçumuz U-19-da

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq turnirdə iştirak edəcək. “Qəbələ”nin 5 futbolçusu U-19-a çağırılıb. Bunlar Rauf Rüstəmli, Süleyman Damadayev, Xəyal Səmədov, Gülağa Əsədov və Mehrac Baxşalıdır. Onların heyətində yer aldığı yığma sentyabrın 1-dən 8-dək Serbiyanın Subotiça şəhərində təşkil ediləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Millimiz Serbiya, Macarıstan və Monteneqro ilə görüşəcək. Millimiz bu məqsədlə avqustun 30-dan 31-dək Bakıda, sentyabrın 1-dən 8-dək isə Serbiyada hazırlıq keçəcək.