Türkiyənin “Beşiktaş” klubundan “Qəbələ” İdman Klubuna təşəkkür məktubu ünvanlanıb. 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən II Qəbələ Kubokunun iştirakçılarından olan “Beşiktaş” məktub vasitəsilə təşkilatçılığa və qonaqpərvərliyə görə “Qəbələ”yə təşəkkürünü bildirib. Məktubun mətnini sizlərə təqdim edirik:
“Qəbələ” İK rəhbərliyinə,
Sizə, 28 may – 02 iyun tarixlərində Azərbaycanın Qəbələ şəhərində təşkil etdiyiniz II Qəbələ Kuboku Beynəlxalq Turnirində iştirak edən “Beşiktaş” U-15 komandasına turnir müddətində göstərdiyiniz qonaqpərvərliyə görə klubumuz adından təşəkkürümü bildirirəm.
Hörmətlə,
Emrah Bayraktar
“Beşiktaş”ın aşağı yaş qrupları üzrə koordinatoru