“Qəbələ” İdman Klubunun samboçusu Bəxtiyar Abbasov növbəti uğuruna imza atıb. İdmançımız Azərbaycan çempionatında fərqlənib. O, qüvvəsini 90 kq çəki dərəcəsində sınayıb. Abbasov yarışda keçirdiyi bütün qarşılaşmalarda rəqiblərinə qalib gəlib. Samboçumuz çempion adına yiyələnərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.