Bəxtiyar Abbasov Kiyevdən qalib dönür
Cüdo / 5 Mart 2015 | 21:10858
Bəxtiyar Abbasov Kiyevdən qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti döyüşünü keçirib. 29 yaşlı idmançımız martın 5-də Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Polad döyüşçülər” (“Stalnıe voinı”) adlı döyüş gecəsində iştirak edib. 84 kq çəki dərəcəsində çıxış edən təmsilçimizin rəqibi ukraynalı Aleksandr Boyko olub.
Peşəkar rinqdə 21-ci döyüşünə çıxan, indiyədək 12 dəfə qalib gələn Ukrayna təmsilçisi Abbasovun qarşısında aciz qalıb. Belə ki, idmançımız artıq 1-ci raundda döyüşün taleyini həll edib. 4-cü dəqiqədə boğucu fəndlə rəqibini çıxılmaz vəziyyətə salan Abbasov Boykonu təslim olmağa vadar edib.
Beləliklə, 5 ildən artıqdır peşəkar MMA döyüşlərində çıxış edən idmançımız 17-ci döyüşündə 13-cü qələbəsini qazanıb.