Bəxtiyar Abbasov milli komandanın baş məşqçisi təyin edildi
Xəbərlər / 7 Avqust 2021 | 11:36575
Bəxtiyar Abbasov milli komandanın baş məşqçisi təyin edildi

“Qəbələ” İdman Klubunun MMA döyüşçüsü və məşqçisi Bəxtiyar Abbasov döyüş sambosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib. Bu təyinat Azərbaycan Sambo Federasiyası tərəfindən gerçəkləşib. Sambo üzrə dünya və Azərbaycan çempionu, dünya kubokunun qalibi, döyüş sambosu üzrə dünya və Avropa çempionu bu idman növündə milli komandanın uğurları üçün çalışacaq.

Xatırladaq ki, Abbasov Pro FC-GPG-nin qalibi, pankration, ciu-citsu və əlbəyəxa döyüş üzrə dünya, cüdo üzrə Azərbaycan çempionudur.