"Qəbələ" İdman Klubunun taekvondoçuları Rusiyanın Mahaçqala şəhərində "Çempion" İdman Klubunun mükafatları uğrunda keçirilən Ümumrusiya açıq turnirində uğurlu çıxışla yadda qalıblar. 30 komandadan 500 idmançının təmsil olunduğu yarışda taekvondoçularımız 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Qəbələ rayonu üzrə taekvondo bölməmizin yetirmələri Elvin Əhmədov (41 kq) və Sadiq Paşayev (28 kq) müvafiq olaraq gümüş və bürünc medala yiyələniblər. Bakı bölməmizin idmançıları Əli Məmmədov qızıl, Musa Ələkbərzadə gümüş, Eltac Qafarov isə bürünc medala sahib olub.