Beynəlxalq turnirdən 5 medalla
Xəbərlər / 23 Aprel 2014 | 07:511000
Beynəlxalq turnirdən 5 medalla

Həm ölkə, həm də Avropa miqyaslı yarışlarda uğur qazanan "Qəbələ" cüdoçuları Həzi Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 5 medal əldə ediblər. Bakıda 11 ölkədən 380 cüdoçunun iştirakı ilə keçirilən yarışda idmançılarımız 2 qızıl, 1 gümüş və 2 bürüncə sahib çıxıblar. Nahid Amanov (73 kq) və Afət Mustafayeva (52 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlahə Cəlilova (44 kq) yalnız finalda məğlub olaraq gümüş medal qazanıb. Şəhanə Rəhimova (48 kq) və Nərgiz Hacıyeva (63 kq) bürünc medalla kifayətlənib.