«Bəzi səvləri nəzərə almasaq...»
Xəbərlər / 15 Dekabr 2013 | 21:29303
Premyer Liqanın XVII turu çərçivəsində baş tutan "Neftçi"-"Qəbələ" (2:1) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: "Çox maraqlı, qol epizodları ilə bol oyun oldu. Futbolçularıma iradım yoxdur, səhvləri nəzər almasaq, ümumilikdə yaxşı oynadıq. Hakimin son dəqiqələrdə təyin etdiyi cərimə zərbəsi mənim üçün aydın olmadı. Hakimlərin bəzi qərarları qəribə görünürdü. Cərimə zərbəsi vurulan anda oyundankənar vəziyyətdə olan futbolçu qapıçımızın qarşısında durur, həmin anda zərbə vurulur və qol qeydə alınır. Qalib gələn komanda qələbəyə layiqdir. Oyun gərgin keçdiyi üçün 90 dəqiqə ayaq üstə idim".