Misli Premyer Liqasının X turunun “Qəbələ” – “Qarabağ” oyunundan (0:0) sonra komandamızın baş məşqçisi Yeton Bekirinin mətbuat konfransı keçirilib. Şimali makedoniyalı mütəxəssis matç barədə fikirlərini bildirib:
“Müdafiədə yaxşı çıxış etdik, qol vurmaq üçün imkanlarımız oldu. Lakin bilirsiz ki, bu gün Azərbaycan Premyer Liqasının ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. Biz 1 xal qazanmağa layiq idik”.