«Biz 3 xal arzulayırdıq»
Xəbərlər / 29 Noyabr 2014 | 16:22167
«Biz 3 xal arzulayırdıq»

Premyer Liqanın XIV turu çərçivəsində baş tutan “Neftçi” - “Qəbələ” (0:0) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Dorinel Muntyanu oyun barədə düşüncələrini açıqlayıb. Rumıniyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: 

“Maraqlı və gərgin oyun oldu. “Neftçi” Azərbaycanın güclü komandalarından biridir. Biz bundan öncəki oyunda da “Neftçi” ilə heç-heçə etmişdik. Deyərdim ki, bu oyunda təhlükəli epizodlarımız oldu. Düzdür, 1 xal qazandıq. Amma biz 3 xal arzulayırdıq”.