«Biz üç xal barəsində düşünürdük»
Xəbərlər / 25 Sentyabr 2015 | 17:33141
«Biz üç xal barəsində düşünürdük»

Topaz Premyer Liqasının VI turunun “Rəvan” - “Qəbələ” (0:3) oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Biz hər oyun hücum futbolu oynayırıq. Qarşılaşmalara 4 hücumçu ilə çıxırıq. Vüqar Nadirovun oynamadığına gəlincə. Vüqar hələ meydançaya çıxmağa tam hazır deyil. Digər yeni transferimiz Derlis Meza Kolli isə artıq 1 oyunda meydançada olub. Lakin idmanda belə bir qayda var ki, futbolçu bir qədər dincəlməlidir. Ona daha çox oynamaq şansı vermək istədim. Əsas məsələ “Krasnodar”la oyuna hazır olmasıdır. Onda hər şey qaydasındadır. Biz üç xal barəsində düşünürdük. Əsas fikrimiz bu idi. Hər iki cəbhədə mübarizə apardığımız üçün qələbə digər oyuna köklənmək baxımından önəmlidir”.