Boksçularımız 7 medal qazandı, «Qəbələ» 1-ci oldu
Boks / 1 Dekabr 2018 | 21:101264
Boksçularımız 7 medal qazandı, «Qəbələ» 1-ci oldu

Kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub. “Qəbələ” İdman Klubu Boks Mərkəzində keçirilən yarışın komanda hesabında 1-ci yeri tutub. Bu, boksçularımızın ardıcıl 3-cü belə uğurudur. "Qəbələ" əvvəlki iki yarışda da komanda hesabında ən yaxşı adını qazanmışdı. 

Boksçularımız yarışda 7 medal əldə edib. Bunlardan üçü qızıl, ikisi gümüş, ikisi bürünc olub. Cavid Çələbiyev 60 kq, Kamran Şahsuvarlı 75 kq, Rövşən Yaqubzadə 91 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu tituluna yiyələnib. Komanda yoldaşı ilə final döyüşünə zədə səbəbindən çıxmayan Rahil Məmmədli (91 kq), həmçinin Pedro Alfonso (81 kq) gümüş mükafat qazanıb. Yarımfinalda mübarizəni dayandıran Lorenzo Sotomayor 69 kq, Asif Aslanlı +91 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib.

Xatırladaq ki, 6 gün davam edən yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 28 komandanın 138 boksçusu qüvvəsini sınayıb