Boksçularımızdan iki gümüş medal
Xəbərlər / 25 Oktyabr 2022 | 10:261222
Boksçularımızdan iki gümüş medal

Kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub. Bakıdakı Boks Mərkəzində təşkil olunan yarışda “Qəbələ”nin iki idmançısı mükafatçılar sırasında yer alıb.

80 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı yarışa 1/8 finaldan başlayıb. Elmar Abdullayev, Elşad Şahbazov və Cəbrayıl Yelikovu eyni – 5:0 hesabı ilə məğlub edən boksçumuz finala yüksəlib. Həlledici qarşılaşmada Murad Allahverdiyevə eyni hesabla uduzan Şahsuvarlı Azərbaycan çempionatının gümüş medalını qazanıb.

Namiq Yarəliyev isə 54 kq çəkidə fərqlənib. 1/8 finalda Nicat Abıdovu 5:0, 1/4 finalda İsa Gəncəliyevi 3:1 hesabı ilə məğlub edən boksçumuz Elşən Qəribova tam üstünlüklə qalib gəlib. Finalda Ruslan Qədirova 0:5 hesabı ilə uduzan Namiq Azərbaycan çempionatının gümüş medalına yiyələnib.

Xatırladaq ki, yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 38 komandanın 146 boksçusu qüvvəsini sınayıb.