Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb. “Qəbələ” İdman Klubunun boksçuları yarışda 3 medal qazanıblar. Təmsilçilərimiz bir gümüş və iki bürünc əldə ediblər.
Finala qədər irəliləyən Kamran Şahsuvarlı (80 kq) həlledici qarşılaşmada uduzaraq gümüş mükafata yiyələnib. Mübarizəni yarımfinalda dayandıran Cavid Çələbiyev (67 kq) və Nurxan Nurlu (92 kq) çempionatı bürünc mükafatla başa vurub.