Boksçumuz Avropa çempionunu keçə bilmədi
Xəbərlər / 10 Oktyabr 2015 | 20:16149
Boksçumuz Avropa çempionunu keçə bilmədi

“Qəbələ” İdman Klubunun və Azərbaycan millisinin boksçusu Lorenzo Sotomayor Qətərin paytaxtı Dohada təşkil olunan dünya çempionatında üçüncü görüşünü keçirib. 64 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 final mərhələsində rusiyalı Vitali Dunyavtsevlə üz-üzə gəlib. Bunadək ilk döyüşündə kanadalı Artur Biyarslanov, 1/8 finalda isə əlcəzairli Abdelkader Çaderi məğlub edən Lorenzo bu il Avropa çempionu olan Dunyavtsevlə bərabər mübarizə aparsa da, sonda uduzub – 0:3 (28:29, 28:29, 27:30). Yarımfinala yüksəlib, dünya çempionatının mükafatlarından birini təmin etməyə yaxın olan Sotomayor medalların bir addımlığında məğlub olmaqla yarışda çıxışını başa vurub.