Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatına start verilib. “Qəbələ” İdman Klubunun və Azərbaycan millisinin boksçusu Lorenzo Sotomayor yarışın ilk günündə rinqə çıxıb. 64 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ilk döyüşdə kanadalı Artur Biyarslanovla qarşılaşıb. Boksçumuz rəqibini məğlub edərək 1/8 final mərhələsinə yüksəlib. Sotomayorun bu mərhələdəki rəqibi əlcəzairli Abdelkader Çader olacaq.