Bolu gündəliyi – 04.07.2022
Xəbərlər / 4 İyul 2022 | 21:03234
Bolu gündəliyi – 04.07.2022

Yeni mövsümə hazırlaşan “Qəbələ” Türkiyə toplanışına start verib. “Qırmızı-qaralar” Bolu şəhərində təşkil olunan təlim-məşq prosesinin ilk gününü başa vurub. 

Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıblar. Futbolçular müxtəlif fiziki təmrinləri icra edib, həmçinin toplu və topsuz çalışmaları yerinə yetiriblər. 

Xatırladaq ki, Türkiyədəki təlim-məşq toplanışı iyulun 19-dək davam edəcək.