“Qəbələ” 2019-2020-ci illər mövsümünə hazırlıqları davam etdirir. Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” hazırlıq prosesinin ikinci gününü arxada qoyub. Komandamız günü iki məşqlə yekunlaşdırıb. Günün birinci yarısında futbolçular fitness çalışmaları yerinə yetiriblər. Günün ikinci yarısında isə komanda toplu və topsuz çalışmalar gerçəkləşdirib. Bərpa prosesi keçən Rasim Ramaldanov komandadan ayrı məşq edib.