Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” 2019-2020-ci illər mövsümünə hazırlıqları davam etdirir. “Qırmızı-qaralar” qonşu ölkədəki hazırlıq prosesinin üçüncü gününü arxada qoyub. Komandamız günü bir məşqlə başa vurub. Hazırlıq prosesi günün ikinci yarısında gerçəkləşib. Futbolçular əsasən toplu təmrinləri yerinə yetiriblər. Bərpa prosesi davam edən Rasim Ramaldanov komandadan ayrı hazırlıq keçib.