Bolu gündəliyi – 07.07.2022
Xəbərlər / 7 İyul 2022 | 20:38193
Bolu gündəliyi – 07.07.2022

2022-2023-cü illər mövsümünə hazırlaşan “Qəbələ” Türkiyə toplanışını davam etdirir. “Qırmızı-qaralar” Boluda təşkil olunan təlim-məşq prosesinin dördüncü gününü başa vurub. 

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günün ilk yarısında trenajor zalında hazırlıq keçiblər. Axşam məşqini meydanda gerçəkləşdirən futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər. 

Xatırladaq ki, Türkiyədəki təlim-məşq toplanışı iyulun 19-dək davam edəcək.