Bolu Gündəliyi - 08.07.2019
Xəbərlər / 8 İyul 2019 | 22:44311
Bolu Gündəliyi - 08.07.2019

“Qəbələ” 2019-2020-ci illər mövsümünün hazırlığını davam etdirir. “Qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışının beşinci gününü arxada qoyub. Komandamız günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib. İyulun 7-də Ukraynanın “Mariupol” klubuna qarşı keçirilən yoxlama oyununa (2:1) start heyətində çıxan futbolçular bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə meydançada toplu və topsuz çalışmaları yerinə yetiriblər. Bərpa prosesi davam edən Rasim Ramaldanov fərdi hazırlıq keçib.