Bolu gündəliyi – 09.07.2022
Xəbərlər / 9 İyul 2022 | 22:22175
Bolu gündəliyi – 09.07.2022

Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” Bolu toplanışını davam etdirir. “Qırmızı-qaralar” qonşu ölkədə təşkil olunan təlim-məşq prosesinin altıncı gününü başa vurub. 

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi meydançada gerçəkləşib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər. Məşq ikitərəfli oyunla başa çatıb.