Yeni mövsümə hazırlaşan “Qəbələ” Türkiyə toplanışını davam etdirir. “Qırmızı-qaralar” Bolu şəhərində təşkil olunan təlim-məşq prosesinin səkkizinci gününü başa vurub.
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.